Xüsusi karantin rejimi dövründə KİV-in fəaliyyətinə məhdudiyyət yoxdur — Operativ Qərargah

Xüsusi karantin rejimi dövründə KİV-in fəaliyyətinə məhdudiyyət yoxdur — Operativ Qərargah

"Xüsusi karantin rejimi dövründə KİV-ə məhdudiyyət yoxdur, KİV öz fəaliyyətlərini davam etdirəcək. Çünki informasiyanın alınması, ötürülməsi, strateji əhəmiyyətli və mühüm məsələdir".

 
Miq.Az  xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib: "Amma jurnalist də rayon və şəhərlərarası məhdudiyyətə əməl etməlidir. Bakıdadırsa, ancaq Bakı, Sumqayıt və Abşeronda hərəkət azadlığı var. Bakı, Sumqayıt və Abşeronun hüdudlarını keçib, başqa ərazilərə gedə bilməz. Digər rayonlardakı jurnalistlər də həmçinin...”

DİN Baş İctimai Təhlükəsizlik və İdarəsinin rəis müavini Əziz Baqişev bildirib ki, karantin rejimi qaydalarına əsasən hər bir vətəndaşın üzərində şəxsiyyət və iş vəsiqəsi və ya arayış olmalıdır: "Belə olanda fəaliyyətinə icazə verilmiş idarə əməkdaşları və jurnalistlər də şəxsiyyət vəsiqəsindən əlavə, ya iş vəsiqəsini, ya da arayışı göstərməklə hərəkət edə bilərlər". (APA)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az