YAP-çı deputatdan Rəsulzadəyə AÇIQLAMASI- "Zaman gələcək..."

YAP-çı deputatdan Rəsulzadəyə AÇIQLAMASI-

"Məmməd Əmin Rəsulzadə Azərbaycan tarixində görkəmli yer tutmuş xadimlərdən biridir. Azərbaycançılığın, müstəqillik ideyalarının qorunub saxlanmasında xidməti olan insanlardan biridir”.

Demokrat.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə Bakupost.az-a açıqlamasında deyib.

O, Bakıda Rəsulzadəyə heykəl qoyulması məsələsinə münasibət bildirib.

A.Mirzəzadə deyib ki, zaman-zaman tarixdə xidmətləri olan insanların heykəlləri də qoyulur, adlarına təqaüdlər də verilir və s. Rəsulzadəyə heykəl qoyulmasının da zamanı gələcək: 

"Heç kəsin xidməti unudulmur. Mənə elə gəlir ki, Məmməd Əmin Rəsulzadəyə də Bakıda heykəl qoyulmasının da zamanı var”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az