Yay başlayandan 27 nəfəri ilan sancıb, 102 nəfəri gün vurub

Yay başlayandan 27 nəfəri ilan sancıb, 102 nəfəri gün vurub

Yay mövsümü başlayandan indiyədək Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ilan sancması ilə bağlı 27 müraciət daxil olub və bütün xəstələr ilkin tibbi yardımdan sonra hospitalizasiya ediliblər.


Miq.az Trend-ə istinadən xəbər verir ki, bu statistik göstəricilər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının açıqladığı məlumatda qeyd olunub.

Eləcə də məlumatda qeyd olunur ki, günvurma hallarının sayı 102, hospitalizasiya 65, suda boğulma ilə bağlı müraciətlərin sayı 59, hospitalizasiya 18 olunub.

Ümumilikdə isə son bir həftə ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 13763 ümumi müraciət daxil olub. Onlardan 1337 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 1704, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 225 olub.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az