Yazıçı Anar 800 min manatı nə edəcək? - "Hamısı xərclənəcək"

Yazıçı Anar 800 min manatı nə edəcək? -

"Yazıçılar Birliyinə ayrılan vəsaitin hara xərclənəcəyini hələ müəyyənləşdirməmişik”.

Bu barədə ONA-ya Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar məlumat verib.

Ölkə başçısına imzaladığı sərəncama görə təşəkkürünü bildirən sədr vəsaitin təyinatı ilə bağlı belə deyib: "Sərəncam yeni verilib, hələ müzakirə aparmamışıq. Yəqin ki, vəsaitin hamısı yazıçılara xərclənəcək, ayrı heç yerə xərclənməyəcək”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 (səkkiz yüz) min manat ayrılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az