Yazıçımızla müsahibə «Miliyyət»in manşetində

Yazıçımızla müsahibə «Miliyyət»in manşetində
Türkiyənin aparıcı «Milliyyət» qəzetində Azərbaycan yazıçısı Varislə geniş müsahibə dərc edilib.

Fərəhli haldır ki, «Ankarada ilk getdiyim yer Anıtkabir oldu» adlı müsahibə qəzetin manşet yazısı olaraq təqdim edilib.
Müsahibəni yazıçımızdan «Milliyyət»in mədəniyyət müxbiri Dilan Özdemir götürüb.
Müsahibədə Varisin Amerika və Rusiyada əldə etdiyi son uğurlarından, Türkiyədə populyarlıq qazanmış «Yetmiş yeddinci gün» və «Son məktub» romanlarından, dünya ədəbiyyatında gedən müasir proseslərdən bəhs edilib, eləcə də Türkiyə – Azərbaycan münasibətlərinə, toxunulub, yazıçımızın Ankara səfərinin təəssüratları yer alıb.
 
Aktual.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az