“Yekun qərar Yerevan və Bakının əlindədir” – Rusiya səfiri

“Yekun qərar Yerevan və Bakının əlindədir” – Rusiya səfiri
"Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret resepti ola bilməz”.

"Report” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin tert.am-a müsahibəsində bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk Qrupunun məsuliyyət daşıdığı sahədir. ATƏT-in Minsk Qrupunda Rusiya, Fransa və ABŞ vasitəçilik edir. Bu isə o deməkdir ki, nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret resepti ola bilməz. Münaqişənin tənzimlənməsində yalnız Azərbaycan və Ermənistan razılığa gələ bilər. ABŞ və Fransa ilə birlikdə Rusiya buna şəraitin yaradılması üçün əlindən gələni edir. Odur ki, yekun qərar Yerevan və Bakının əlindədir”, – deyə, səfir bildirib.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az