Yeni itkilərimiz olacaq – Tumasyan

Yeni itkilərimiz olacaq – Tumasyan

Ermənistanın şəhərləri və regionları ağır sosial nəticələri olan qalıcı böhranla yüklənir.

Miq.Az xəbər verir ki, bunu Şirak Mərkəzi Təşkilatının rəhbəri Vaan Tumasyan deyib.

Tumasyana görə, hazırkı böhran bataqlıq kimi hər şeyi öz içinə çəkir:

"Hazırda qışdır. Yoxsulluğun kəskinləşməsi sayəsində cəmiyyətin demoralizasiyası ağır nəticələrə gətirib çıxaracaq, hətta quldurluqlar belə kütləviləşməyə başlayacaq. Çox sürətli tədbirlər görmək lazımdır. İlk növbədə ciddi siyasi addımlar və dəyişikliklər lazımdır. Əks təqdirdə yenidən geri dönülməsi mümkün olmayan itkilər olacaq”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az