Yeni müharibə təhlükəsi - tayı-bərabəri olmayan Hidrogen bombası

Yeni müharibə təhlükəsi - tayı-bərabəri olmayan Hidrogen bombası
Milyonlarla insanı qorxuya içində

ABŞ prezidenti Donald Trampın "sizi yox edərik" bəyanatına Şimali Koreyanın cavabı gecikmədi. İstiPress-in məlumatına görə, raket sınaqları ilə dünyaya meydan oxuyan, heç bir sanksiya və xəbərdarlıqdan çəkinmədiyini elan edən Şimali Koreya yenidən dünyanı qorxuya salıb.

Bu dəfə Şimali Koreya lideri televiziya ilə çıxış edib. "Trampın sözləri məni qorxutmaq və ya dayandırmaq yerinə seçdiyim yolun doğru olduğuna inandırdı. Mən bu yolda sona qədər gedəcəyəm".Kim Çen In "dəli" adlandırdığı Trampın sözlərinə görə artıqlaması ilə cavab verməli olacağını elan edib.
Dünyanın ən qəddar lideri hesab edilən Kimdən sonra xarici işlər naziri də qorxulu açıqlama verib. Nazir Li En Xo Sakit okeanda bu günə qədərki ən böyük partlayışa yol aça biləcək, tayı bərabəri olmayan hidrogen bombasını test edə biləcəklərini deyib. 
Ötən gün nazir ABŞ prezidentinin çıxışını it hürməsi ilə də müqayisə etmişdi. 
Li En Xo
 
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az