Yeni “Qaçqınkom” sədrinidən İLK AÇIQLAMA- "Qısa zamanda..."

Yeni “Qaçqınkom” sədrinidən İLK AÇIQLAMA-

Yeni "Qaçqınkom” sədrinin ilk açıqlaması- PROBLEMLƏR KEÇMİŞDƏ QALMIŞ HESAB EDİLƏ BİLƏR (EKSKLÜZİV)

"Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli hər zaman Cənab Prezidentin diqqət mərkəzində olub. Mən də bu məsuliyyətli işdə əlimdən gələni edəcəyəm ki, cənab Prezidentin etimadını doğruldum”. 

Bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev söyləyib.

Köçkünlər üçün inşa olunan mənzillərin bölgüsündəki neqativ hallarla bağlı da məsələyə aydınlıq gətirən yeni sədr bildirib ki, artıq bu problemlər keçmişdə qalmış hesab edilə bilər: "Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb. Qısa zamanda bunun şahidi olacaqsınız”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az