Yerevanda polis və MTX kürd terrorçularını axtarır

Yerevanda polis və MTX kürd terrorçularını axtarır

Ermənistan polisi Milli Təhlükəsizlik Xidməti (MTX) ilə birgə paytaxt Yerevanda kürd terrorçuların axtarışına çıxıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ermənistanın güc strukturları Gümrü şəhərində də terrorçuların axtarışını həyata keçirib.

Məlumata əsasən, Yerevanda oxuyan erməni və kürd tələbələr hüquq-mühafizə orqanlarına çağırılıb, sorğu-sual edilir.

Qeyd edək ki, ötən həftə "Aykakan Jamanak” nəşri PKK terrorçularının Türkiyədən Ermənistana qaçdığını yazmışdı.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az