Yerevanın keçmiş merinə qarşı cinayət işi açıldı

Yerevanın keçmiş merinə qarşı cinayət işi açıldı
Yerevanın keçmiş merinə qarşı cinayət işi açılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2003-2009-cu illərdə mer olan Yervand Zaxaryan şəhər parkının bir hissəsinin mehmanxana tikintisi üçün zəbt olunmasına göz yummaqda ittiham olunur.
 
Ermənistan Xüsusi İstintaq Xidmətinin 2008-ci il 12 mart tarixli qərarı ilə Yerevanın Azatutyun prospektində yerləşən 10 min kvadrat metrlik ərazi Qələbə parkından qanunsuz olaraq ayrılıb. Faktla bağlı vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə iş açılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az