Yol polisinin ürəyi tutdu, aptekin qarşısında keçindi

Yol polisinin ürəyi tutdu, aptekin qarşısında keçindi

Bu gün səhər saatlarında DYP-nin Qaradağ stasionar postunun əməkdaşı, 1968-ci il təvəllüdlü polis serjantı Əşrəf Ağagül oğlu Orucov qəfil ürəktutmasından dünyasını dəyişib.

Virtualaz.org-un məlumatına görə, işdən çıxıb yaşadığı Xırdalan qəsəbəsinə çatan Ə.Orucovun ürəyində qəfil ağrı baş qaldırdığı üçün yaxınlıqdakı aptekdən dərman almaq istəsə də elə aptekin qarşısında dünyasını dəyişib.

Qeyd edək ki, 3 ay əvvəl mərhumun atası və qardaşı eyni gündə dünyasını dəyişmişdi. Belə ki, bu il fevral ayının 20-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmiş atasına aptekdən dərman alaraq yolu keçmək istəyən Biləsuvar rayon sakini Tarıqulu Orucovu maşın vuraraq öldürmüşdü. Xəstəxanada oğlunun ölüm xəbərini eşidən ata da bu acı xəbərdən dünyasını dəyişmişdi.

Əşrəf Orucov bu gün anadan olduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az