Zakir Həsənov ehtiyatda və istefada olan hərbi qulluqçuları NİYƏ TOPLADI?- Polkovnik Cəfərov YAZIR

Zakir Həsənov ehtiyatda və istefada olan hərbi qulluqçuları NİYƏ TOPLADI?- Polkovnik Cəfərov YAZIR

MN rəhbərliyi ehtiyatda və istefada olan bir qrup hərbi qulluqçu ilə görüş keçirdi

Aprelin 26-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ehtiyatda və istefada olan bir qrup hərbi qulluqçu ilə Müdafiə Nazirliyinin məsul şəxsləri arasında çox maraqlı və məzmunlu bir görüş keçirilidi. 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun özü və Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhə bölgəsində ezamiyyətdə olduqlarına görə, görüşü onların tapşırığına əsasən nazirinin müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev apardı. 

Görüşdə cari və perspektiv məsələlər barəsində çox səmimi, bəzən isə emosiyaların gərginləşməsinə səbəb olan müzakirələr aparılıdı.

Görüşdə iştirak edən Müdafiə Nazirliyinin idarə və şöbələrinin, xidmət rəislərinin özləri və nümayəndələri qaldırılan məsələləri bir-bir qeyd edir, həm öz sahələri üzrə, həm də bütövlükdə ölkənin ən böyük güc strukturu sayılan MN ilə bağlı ehtiyatda və istefada olan hərbi qulluqçuların hazırkı rolu və gələcəkdə daha hansı dəstəyi göstərə biləcəkləri məsələləri həm qeyd etdilər, həm də görəcəkləri işləri göz önünə aldılar. 

Səbrsiz və bir qədər tələsən dostlarımıza çatdırmaq istəyirəm ki, həm xidmətdə olan, həm də ehtiyata çıxmış zabit və gizirlərin mənzil-məişət ilə bağlı qayğı arzu və istəkləri, ərzaq əvəzinə pul kompensasiyasının, hərbi tibb müəssisələrində özlərinin və ailə üzvlərinin tibbi müalicə olunmaları ilə bağlı digər məsələlər də qaldırıldı. 

General-leytenan Kərim Vəliyev söz verdi ki, bütün qaldırılan məsələlər nazirin özünə şəxsən məruzə ediləcək və bildiyim qədər artıq dünən bu məsələ rəhbərliyə çatdırılıb. 

Bir balaca səbr etməmiz lazım. İnanıram ki, ən yüksək səviyyədə müzakirələrə qədər Müdafiə Nazirliyinin rəhbərliyi qaldırılan məsələlər ilə bağlı yəqin ki, hansısa özündən asılı olan məsələləri həm həll etməyə çalışacaq, həm də Nazirlər Kabineti qarşısında məsələ qaldıracaq. Ona görə də, bütün təkliflər və arzular hamısı ünvana çatdırılb. Öz tərəfimizdən görüşün təşkilinə görə MN rəhbərliyinə bir daha təşəkkür edirik və inanırıq ki, yaxın vaxtlarda baş tutacaq növbəti görüşümüzdə problemlərin xeyli hissəsinin artıq həll olunması haqqında danışacağıq. Biz ehtiyatda və istefada olan zabit və gizirlər öz Vətənimizin ƏSGƏRLƏRİYİK və hər zaman da xalqımıza, millətimizə bundan sonra da layiqincə xidmət göstərməyə hazırıq. 

Onu da qeyd edim ki, görüş iştirakçıları üçün Təlim Tədris Mərkəzinin yeməkxanasında əsgər yeməklərindən ibarət nahar da təşkil olunmuşdu. Müdafiə Nazirinin müavini çox hörmətli Kərim Vəliyev özü və digər general və polkovniklər, zabit və gizirlər də bizimlə bərabər o dadlı yeməklərdən nuş elədilər. Bir daha minnətdarlıq hissələrimizi hər kəsə çatdırırıq. 
Tanrı Azərbaycanımızı və Silahlı Qüvvələrimizi, xüsusən də Azərbaycan Ordusunu qorusun!

Üzeyir Cəfərov, Hərbi ekspert

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az