Zakir Həsənov Türkiyəyə səfər edəcək

Zakir Həsənov Türkiyəyə səfər edəcək
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 9-da Türkiyənin İzmir şəhərinə səfər edəcək. 


Bu barədə Miq.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 
Azərbaycan müdafiə nazirinin rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyədə keçirilən "Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar gününə qatılacaq. 
Qeyd edək ki, aprelin 11-də başlayan "Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan ordusunun yüzdən artıq hərbi qulluqçusu iştirak edir.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az