Zakir Həsənov Yel çərşənbəsini hərbi qulluqçularla keçirdi - VİDEO - FOTOLAR

Zakir Həsənov Yel çərşənbəsini hərbi qulluqçularla  keçirdi - VİDEO - FOTOLAR
General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.
 
Bu barədə Miq.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.
 
Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildirblər.
 





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az