Zakir Həsənovun MÜHARİBƏ arzusuna Tonoyandan LAĞLAĞI CAVAB: “Siz buna şübhə edirsiniz?”

 Zakir Həsənovun MÜHARİBƏ arzusuna Tonoyandan LAĞLAĞI CAVAB: “Siz buna şübhə edirsiniz?”

Müdafiə naziri Zakir Həsənov bazar günü REAL TV-yə eksklüziv müsahibəsində Ermənistana bu şəkildə mesaj göndərmişdi: "Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz müharibəni arzulayırıq”. Ermənistanın müdafiə naziri David Tonoyan bu gün parlamentdə brifinq zamanı Zakir Həsənovun müharibə arzusuna kinayəli şəkildə cavab verib: "Qoy arzulasınlar, arzulamaq yaxşıdır”. Ancaq görünür bu cavab erməni jurnalistləri qane etməyib ki, ona "Ermənistan bu çağırışa cavab verməyə hazırdırmı” sualını ünvanlandırıblar. Tonoya yenə lağlağı şəkildə cavab verməyə üstünlük verərək sualı elə jurnalistin özünə ünvanlayıb: "Siz buna şübhə edirsiniz?”.

Bu barədə politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb. 

Politoloq onu da qeyd edib ki, keçmiş illərdə bizi Mingəçevir su elektrik stansiyasını vurmaqla hədələyirdilər, indi keçiblər lağlağı cavablara. Ancaq Tonoyanın "qoy arzu etsinlər” cavabı da bizə çağırışdır, arzuları reallaşdırmaq lazımdır...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az