Zaqatalada vəzifəli şəxsin avtomobili yandı

Zaqatalada vəzifəli şəxsin avtomobili yandı
Zaqatalada avtomobil yanıb.

Miq.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13:40 radələrində Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdindəki  Zaqatala Bölgə Təcrübə Stansiyası ərazisində qeydə alınıb.
Stansiyanın direktoru Nəbi İsmayıl oğlu Kərimova  məxsus "Niva” markalı, 10 TT 849 dövlət nömrə nişanlı minik avtomobili dayandığı yerdə qəfildən yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları  içərisində olan sənəd və əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az