ZELENSKİ UKRAYNANIN YENİ PREZİDENTİDİR! – Əksəriyyətin səsini aldı

ZELENSKİ UKRAYNANIN YENİ PREZİDENTİDİR! – Əksəriyyətin səsini aldı

Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb.

"Report” xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Seçkilərdə keçirilmiş milli "exit poll”un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb. "Exit poll”un nəticələrinə görə, hazırkı prezident Petro Poroşenko seçicilərin 25,3 faizinin səsini toplayıb.

Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə birinci turun qalibləri – hazırkı prezident Petro Poroşenko və Vladimir Zelenski iştirak ediblər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az