Zelenskidən gürcü xalqına: Sizə kömək edəcəyik!

Zelenskidən gürcü xalqına: Sizə kömək edəcəyik!

Ötən gün Ukrayna Avropa Birliyinə üzvlüyə namizəd statusu alıb. Siz bu yoldasınız. Addımlayın, biz sizə kömək edəcəyik!

Miq.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tiflisdə keçirilən mitinq iştirakçılarına videomüraciətində deyib.

O, Ukraynanın heç vaxt təslim olmayacağını bildirib:

"Abxaziya və Cənubi Osetiya sizin olduğu kimi, Donbas və Krım da bizim torpağımızdır. Bizim döyüşçülərlə birlikdə ruslara qarşı vuruşan Gürcüstan övladlarına minnətdaram. Onların uğuru bizim ümumi uğurumuz, yarası bizim yaramızdır. Bizim qələbəmiz isə sizin hər birinizin qələbəsi olacaq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az