Zəlzələşünaslar Bayıl şossesində tədqiqata başladılar

Zəlzələşünaslar Bayıl şossesində tədqiqata başladılar
Bakı şəhərinin Səbail rayonunda,  Badamdarla 20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları bu gün ərazidə tədqiqatlara başlayıblar.

Qurumdan  verilən məlumata görə, kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, sürüşmənin istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.
             
Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılmış və həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilmişdi. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az