Zenfiradan UCUZ ŞOU: Yalandan qəza keçirmə xəbərini yaydı

Zenfiradan UCUZ ŞOU: Yalandan qəza keçirmə xəbərini yaydı

Zenfira İbrahimovanın qəza törətməsi ilə bağlı yayılan videonun yalan olduğu üzə çıxıb.


Axşam.az-ın xəbərinə görə, Zenfira heç bir qəza keçirməyib. Verilişlərdən birinin çəkilişi üçün belə bir ssenari hazırlanıbmış.

Maraqlıdır ki, bu görüntünü Zenfiranın prodüseri Aynur Bağırova, "Şükür ki, salamatçılıqdır. Allah bizi qorudu” şərhi ilə İnstaqram səhifəsində yerləşdirib. Zenfira özü isə saytımıza açıqlamasında bunun veriliş üçün çəkiliş olması barədə heç bir məlumat vermədən, həqiqi qəza keçirmiş kimi danışıb.

***

"Məhəllələr arası ilə hərəkət edən zaman oldu hadisə. Cavan oğlan idi, anidən çıxdı maşının qarşısına".

Bu sözləri Kult.az-a müğənni Zemfira İbrahimova qəza törətməsi barədə yayılan görüntülər barədə danışarkən deyib. Müğənni bildirib ki, hər şey yaxşıdır, heç bir ciddi problem yoxdur:

"Çox şükür, hər şey yaxşıdır. Anidən baş vermiş hadisədir. Məhəllə arası ilə hərəkət edirdik. Sürət çox aşağı idi. Anidən digər məhəllədən cavan bir oğlan çıxdı. Şükür, heç nə olmadı. Mən özüm də yaxşıyam, Aynur xanım da, həmin şəxs də”.

***

Müğənni Zenfira İbrahimova və prodüseri Aynur Bağırova yüngül avtomobil qəzasına düşüb.

Publika.az xəbər verir ki, müğənninin prodüseri baş verən hadisəni instaqram paylaşıb. Aynur Bağırova instaqramda bildirib ki, qəza nəticəsində xoşbəxtlikdən heç biri xəsarət almayıb.

Sözügedən görüntüləri təqdim edirik:



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az