Azərbaycan Türkmənistana benzin satacaq

Azərbaycan Türkmənistana benzin satacaq
SOCAR şirkəti Bakı Neft Emalı Zavodunun təmirə bağlanması ilə əlaqədar Azərbaycana 80 min tonadək "Aİ-92” markalı benzin idxal etməyi planlaşdırır.
 
Miq.az
-ın məlumatına görə, bu barədə "Marja"ya neft bazarındakı mənbə bildirib.
 
Xəbər verildiyi kimi, BNEZ yenidənqurma və modernləşdirilmə işlərinin həyata keçirilməsi məqsədilə qrafik üzrə 2018-ci ilin oktyabr ayında təmirə bağlanacaq.
 
BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə "Aİ-92” markalı benzinin Azərbaycana idxalına zərurət yarada bilər. Söhbət 80 min tonadək benzin ixracından gedir”, - mənbə bildirib.
 
Onun sözlərinə görə, benzin idxalı Türkmənistandan həyata keçiriləcək. "Bu, qiymət və logistika məsələləri baxımından münasib variantdır”, - mənbə əlavə edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az