Ziya Məmmədov Vasif Talıbova MİNNƏTÇİ DÜŞÜB – “Qudası generaldan xahiş edib ki…”

Ziya Məmmədov Vasif Talıbova MİNNƏTÇİ DÜŞÜB – “Qudası generaldan xahiş edib ki…”

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovu ölkə rəhbərliyinə minnətçi salmağa təşəbbüs göstərib.

AFN-nin məlumatına görə, sabiq nazirin sürücüsü Bəhruz Xəlilov qudası, Naxçıvan Əlahiddə Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevdən Z.Məmmədovun xahişini edib.

Məlumata görə, bu yaxın günlərdə Bakıdakı böyük restoranlardan birində Kərəm Mustafayevin qohumunun toyu olub. Həmin toyda iştirak edən Bəhruz Xəlilov qudasından Ziya Məmmədovun xahişini edib. Onun istəyi bundan ibarət olub ki, Vasif Talıbov ölkə rəhbərliyinə Ziya Məmmədovla bağlı ağız açsın, onun var-dövlətinin əlindən alınması prosesi dayandırılsın. Kərəm Mustafayevin qudasının bu xahişinə necə reaksiya verdiyi məlum deyil.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az