1 saylı cəzaçəkmə müəssisəsində qiyam?-Nazirlik təkzib edir

1 saylı cəzaçəkmə müəssisəsində qiyam?-Nazirlik təkzib edir

"Azadlıq” radiosu adını çəkmək istəməyən məhbus yaxınlarından birinə istinadən bildirib ki, 1 saylı cəzaçəkmə müəssisəsində qiyam baş verib: "Yanvarın 22-də qohumlarımız 1 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedib. Heç kimə görüş verməyiblər, hamını qovub çıxardıblar. Səbəbi də həbsxanaya qoşun yeridilməsi olub".

Başqa bir məhbus yaxını da radioya deyib ki, yanvarın 22-də günorta 1 saylı həbsxanadakı məhbuslardan birinə baş çəkməyə gedib: "Birdən qara maskalılar, əsgərlər doluşdular 1 saylı həbsxanaya. Hamımızı çölə çıxardılar... Məhbusları döyüblər... Bir qrup məhbusu da qara maskalılar maşınlara doldurub harasa apardılar”.

Məlumatlara görə, məhbuslar içəridəki bahalıqdan və qidalanmadan narazıdırlar. Belə ki, misal üçün, çöldə 1 10 qəpik olan siqaret içəridə 1 manat 80 qəpikdir. Bundan başqa həbsxananın yeməkxanasında "perlovı"dan başqa heç nə verilmir

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə radioya deyib ki, 1 saylı müəssisədə belə bir hadisə olmayıb:

"Ora nə qoşun yeridilib, nə də məhkumlar döyülüb. Daxili nizam qaydalarına uyğun müəssisədə fəaliyyət davam edir. Deyilənlər yalandır".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az