100 günün dərsi: Rus ordusu haqda mif məhv edildi

100 günün dərsi: Rus ordusu haqda mif məhv edildi

Rusiyanın Ukraynaya qarşı 100 günlük müharibəsi göstərdi ki, "qardaş xalqlar” yoxdur, çünki hər iki ölkə bir-birindən sivilizasiya uçurumu ilə ayrılıb.

Miq.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O bildirib ki, müharibənin ilk 100 günü kimin kim olduğunun öyrənilməsi dövrü kimi səciyyələndirilə bilər.

"100 gündə Rusiyanın orduya onilliklər ərzində milyardlarla pul yatırdığı haqda mif məhv edildi; 100 gün göstərdi ki, dünyanın ikinci ordusu yoxdur, bu mif Buçada qaldı - paltaryuyan maşın və ya alt paltarını evə aparmaq üçün mülki insanları öldürən cəlladlar, təcavüzkarlar, qarətçilər ordusu var”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az