“1000 kv. km-lik ərazimizi qaytarın, yoxsa güc ilə alacağıq!”- Separatçı ermənidən növbəti həyasızlıq...
Heydər Əliyev: "Hərəkət etmək lazımdır, müzakirə yox!..”
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarıılmış separatçı-terrorçu rejimin Şuşada and içmiş yeni başçısı Araik Arutyunyan Pənahəli xanın qalasının yaxnğınlığındakı "Tiqranakert” adlandırılmış Şahbulaq poliqonunda keçirilmiş növbəti hərbi təlimləri müşahidə edib.
Moderator.az xəbər verir ki, erməni mənbələrində yayılan məlumatlara görə, qondarma separatçı lider Azərbaycanın dövlət bayrağının da hədəf alındığı təlimlərdən sonra "Facebook”dakı səhifəsində ölkəmizə qarşı növbəti həyasız hədələrlə çıxış edib.
" "Artsax”a aid olan Azərbaycan Silahlı Qüvvələrinin işğalı altındakı 1000 kvadrat kilometrlik ərazimizi qaytarın! Yoxsa güc ilə almağa məcbur olacağıq!” –deməklə A.Arutyunyan növbəti dəfə "Şaumyan rayonu” məsələsini gündəmə gətirib...
P.S. Belə yerdə eks-prezident Heydər Əliyevin 4 iyun Gəncə hadisələrindən sonra Bakıya gəlib iyunun 15-də parlamentdə dediyi bu çağırış-cümlə yada düşür: "Hərəkət etmək lazımdır, müzakirə yox!..”
Sultan Laçın