11 "qanuni oğru" deportasiya olundu

11

Ukrayna milli polisi rəhbərinin müavini Vadim Troyan ölkə ərazisindən son dörd ayda 11 "qanuni oğru”nun çıxarıldığını bildirib.

Miq.az xəbər verir ki, onun sözlərinə görə, həmin şəxslərin heç birinin Ukrayna vətəndaşlığı olmayıb.

"Mən kriminal polisin şefi olanda biz ölkədə 28 "qanuni oğru” olduğunu saymışdıq. Dörd ay ərzində Ukrayna vətəndaşlığı olmayan 11 "qanuni oğru”nun ölkə ərazisindən çıxarılmasına nail olmuşuq”, - o, vurğulayıb.

Troyan onu da əlavə edib ki, "qanuni oğrular” deportasiyadan sonra yenidən qayıtsalar da, hakimiyyətin səyi nəticəsində yubanmadan yenidən ölkədən çıxarılırlar.

İyul ayında Odessada əvvəllər məhkum olunan Tsrutsi ləqəbli "qanuni oğru” saxlanıldıqdan sonra Gürcüstana göndərilib./modern.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az