Bir cinayətin tarixcəsi
Saatlı rayonun sakini, 17 yaşlı S. M. ötən il oktyabrın 18-də qonşuluqda yaşayan 11 yaşlı R. Ə. aldadaraq yaşadığı evə aparıb. S. M. orada sonuncuya zor tətbiq etməklə və azyaşlını ölümlə hədələməklə onunla cinsi əlaqədə olub.
Məhkəmədə ifadə verən S. M. təqsirini tam etiraf edib və hərəkətindən peşman olduğunu bildirib. O, məhkəmədə verdiyi ifadəsində hadisənin təfsilatını danışıb.
“Könlümdən cinsi əlaqədə olmaq keçdi...”
“10 yaşlı R. Ə. qonşuluğumuzda yaşasa da, ailələrimiz arasında gediş-gəliş yoxdur. Mən Saatlı rayonununda kənd orta məktəbinin 11-ci sinfində, R. Ə. 4-cü sinifində oxuyurduq. Oktyabrın 18-də məktəbə getməmişdik. Səhər qardaşım heyvanları örüşə apardı, anam isə rayon bazarına getdi. Mən evdə tək qaldım. Sonra evdən çıxaraq kənd yoluna tərəf getdim. Yolda sinif yoldaşım R. T. ilə rastlaşdım. Onunla birlikdə mağazanın yanına gəldik. Orada heç kimi tapa bilmədiyimiz üçün geri qayıtdıq. Yolda R. T-dan ayrılıb evə tərəf getməyə başladım. Küçə darvazasına yaxınlaşanda, su arxının üstündəki yolda R. Ə-in Arxamca gəldiyini gördüm. Bir anlıq dayanıb, R. Ə-ə tərəf baxdım. Bu zaman könlümdən cinsi əlaqədə olmaq keçdi.
“Əlindən zorla tutub, həyətə saldım”
Ayaq saxladım. R. Ə-in mənə çatmasını gözlədim. Bu vaxt artıq beynimdə R. Ə-i aldadaraq evimizə aparmaq üçün plan da qurdum. R. Ə. mənə çatanda ona dedim: “Bibinin çantası və sizin çəkiciniz bizdədir, gedək verim, apar evinizə”. R. Ə. böyrümə düşərək mənimlə darvazamıza qədər gəldi, amma darvazadan içəri keçmək istəmədi. Dedi ki, nə verəcəksənsə, get gətir, burada ver. Mən işi belə görüb, əlindən tutdum və zorla həyətə saldım.
“Dedim ki, əgər səsini çıxartsan, səni öldürəcəyəm”
R. Ə. qışqırmağa başlayanda əlimlə ağzından tutdum və eyvana, oradansa sürüyüb yataq otağına gətirdim. Qapını örtəndən sonra R. Ə-ə dedim ki, səsini çıxartsan səni bıçaqla öldürəcəyəm...
(Məhkəmədə ifadəsini davam etdirən S. M. azyaşlını zorlaması səhnəsini çılpaqlığı ilə danışıb, etik normalara zidd olduğundan həmin hissəni yayımlamırıq.)
S.M ifadəsini davam etdirib:
“R. Ə-i zorlayarkən möhkəm qışqırdığından qorxdum, onu buraxıb, çarpayıdan düşdüm. R. Ə. cəld hərəkətlə taxtdan düşərək şalvarını yuxarı çəkə-çəkə, qapıya tərəf qaçdı. Onun arxasınca qışqırdım ki, əgər dilini saxlamasan, səni doğrayacağam.
“Yabanın sapı ilə belimdən vurdu”
Bundan sonra, buzovları həyətyanı sahədə olan yonca yerində hörüklədim. Bu vaxt R. Ə. və bibisi N. Ə. yaba ilə həyətə girdi. Mənə: “köpək oğlu, bura gəl, səni yabalayacam!” -dedi. Mən qorxudan qaçıb, evin arxasındakı qalın otluğa girdim. Orada xeyli uzanıqlı vəziyyətdə sakit qaldım ki, N. Ə. məni görməsin. Bir müddətdən sonra, durub evə gəldim. Çörək yeyib, qonşu H. Q-gilə getdim. H. Q. oğlu İ. Q. ilə nar ağacının altında nar yeyirdilər. Mən onların yanında olanda, həyətimizdən səs-küy qalxdığını eşitdim. Həyətə tərəf boylananda gördüm ki, qardaşım S. M, R. Ə-in anası R. Ə və bibisi N. Ə. ilə həyətin ortasında dayanıb əl-qol ölçə-ölçə danışırlar. Mən də həyətə gəldim. N. Ə. məni görən kimi “uşağı niyə o hala salmısan?”-deyərək yabanın sapı ilə belimdən vurdu. Sonra da qardaşım məni döydü.
Bundan sonra R. Ə. bibisi və anası ilə həyətdən çıxdılar. Hava qaralana yaxın, R. Ə-in qohumları yenidən bizə gəldilər. Anam evə yenicə qədəm qoyduğundan, heç nədən xəbəri yox idi. Onlar eyvanda dayanıb, səs-küy salanda anam nə baş verdiyini soruşdu. Onlar anama “sənin oğlun R. Ə-in başına pis iş gətirib”-dedilər. Anam bunu eşidən kimi beli N. Ə-in əlindən alaraq, sapıyla bir neçə dəfə kürəyimə vurdu”.
“Mənə dedi ki: səni öldürəcəyəm.”
Zərərçəkmiş qismində ifadə verən R. Ə. bildirib ki, hadisə baş verməzdən əvvəl bibisi ona çölə çıxmış hinduşkaları həyətə qaytarmağı tapşırıb. O da bibisinin tapşırığına görə, hinduşkaların arxasınca küçəyə çıxıb.
Zərərçəkmişin sonrakı hadisə ilə bağlı verdiyi ifadə, təqsirləndirilən şəxsin ifadəsinə tam uyğundur. “Mən çarpayıdan düşüb, ağlaya-ağlaya həyətə çıxdım və darvazaya tərəf qaçdım. Mən küçəyə çıxanda o, darvazadan boylanıb dalımca qışqırdı ki, “əgər bu barədə kiməsə desən, səni bıçaqlayıb öldürəcəyəm.” Mən həyətə girən kimi S. M-in hərəkətləri haqqında bibimə danışdım. Bibim ot tayasına söykənmiş yabanı götürüb, qaça-qaça S. M-gilin həyətinə getdi. Anam da onun dalınca qaçdı”.
“Uşağın paltarında qan ləkələri vardı...”
Cinayət işi üzrə azyaşlının bibisi N. Ə. də ifadə verib: qardaşım oğlu ağlaya-ağlaya həyətə girəndə, ondan nə baş verdiyini soruşdum. O da hadisəni olduğu kimi mənə danışdı. Mən əsəbiləşdim və həyəcanlandım. Ot tayasına söykənmiş yabanı götürüb S. M-in həyətinə yollandım. S. M. məni görən kimi qaçıb gizləndi. Anasını səslədim, evdə yox idi.
S. M-in qardaşı eyvana çıxıb dedi ki, örüşdən indicə gəlib, anası da evdə yoxdur. Bu vaxt S. M. da bağ tərəfdən gəldi. Bildirdi ki, R.Ə-ə qarşı hər hansı seksual hərəkət etməyib, sadəcə olaraq ona bir sillə, bir təpik vurub. Ancaq artıq hamı işin nə yerdə olduğunu yaxşı bilirdi. Ona görə də, S. M. qardaşı S. M-i yerə yıxaraq, ayaqqabı ilə başına vurmağa başladı. Mən isə bildirdim ki, polisə şikayət edəcəyəm. S. M. dalımızca düşüb polisə getməməyi xahiş elədi, dedi ki, anası evə gələn kimi bizə göndərəcək. Axşam onları gözləsək də gəlib çıxmadılar. Ona görə də mən, R. Ə-in anası ilə birlikdə S. M-gilə təkrar getməli oldum. S.M-in anası E. M. evə yenicə gəldiyi üçün heç nədən xəbəri yox idi. Ona bildirdim ki, S. M. günorta qardaşım oğlunu zorla evə salaraq, onunla cinsi əlaqədə olub.
Oktyabrın 19-da R. Ə-i bacısı ilə birlikdə məktəbə yola saldıq. R. Ə-in anası mənə dedi ki, gecə uşaq yatandan sonra onun arxasına baxıb, anal dəliyində qırmızımtıl ləkələr və çat olduğunu görüb. Uşağın alt paltarında qan ləkələrini görəndə dəhşətə gəlib. Elə həmin gün polisə gedib, bu barədə məlumat verdik”.
Hadisəni törətməkdə təqsirləndirilən S.M. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az