1969-da Ali Sovet bu torpaqları ermənilərə vermişdi - Video

1969-da Ali Sovet bu torpaqları ermənilərə vermişdi - Video


1968-ci ildə ermənilər Naxçıvanın Ermənistana bağlanan Sədərək rayonu ərazisindən bir qism torpaqlar, Ordubad ərazisindən Mehriyə bağlanan torpaqlar, Gədəbəy rayonunun Tağlar kəndi, Qazax, Qubadlı və Laçın rayonlarında olan torpaqlara qarşı ərazi iddiası irəli sürmüşdülər.

Axar.az xəbər verir ki, bu tarixi faktla bağlı ulu öndər Heydər Əliyevin çıxışı AzTV-nin "Jurnalist araşdırması" verilişində yayımlanıb.

Süjetdə ümummilli lider hansı ərazilərin Azərbaycandan qoparılıb Ermənistana verildiyini, bunun qarşısının alınması üçün hansı addımları atdığını açıqlayır. Hətta 1969-cu ilin may ayında Azərbaycan Ali Sovetinin bu torpaqların verilməsi ilə bağlı qərarını iyun ayında birinci katib seçilən kimi dayandırdığını da xatırladıb.

Ermənistanın əsassız ərazi iddialarından, 1920-ci ildən Azərbaycandan ermənilərə verilən ərazilərdən də Ümummilli lider ətraflı bəhs edib.

Həmin kadrları təqdim edirik:
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az