1991-ci il: Xankəndidə üçrəngli Azərbaycan bayrağı - VİDEO

1991-ci il: Xankəndidə üçrəngli Azərbaycan bayrağı - VİDEO

Hazırda Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının nəzarətində olan Xankəndi şəhərinin 1991-ci ilin sentyabr ayında çəkilən görüntüləri sosial şəbəkələrdə çox böyük maraqla qarşılanıb.

Miq.Az xəbər verir ki, sözügedən videoda keçmiş DQMV-nin mərkəzi olan Xankəndidə vilayətin inzibati binasının üzərində müstəqil Azərbaycanın üçrəngli bayrağının dalğalandığı açıq-aydın görünür.

Qeyd edək ki, 26 noyabr 1991-ci il tarixində qəbul edilmiş "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 279-XII nömrəli Qanuna əsasən DQMV ləğv edilib və şəhərin tarixi adı özünə qaytarılıb. Xankəndi şəhəri 28 dekabr 1991-ci ildə Ermənistan tərəfindən işğal olunub.
 


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az