Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, xalq artisti Fidan Qasımova nənə olub. Məlumata görə, Fidan xanımın oğlu Fəridin qızı dünyaya gəlib. Yeni doğulan körpə sənətkara ilk dəfə nənəlik sevincini yaşadıb. Körpə 2 iyunda dünyaya gəlib. Uşağa hələ ad verilməyib. Gəlişi ilə ailəyə böyük sevinc bəxş edən körpəyə hələ ad verilməyib. Ailə üzvləri bir neçə ad üzərində düşünürlər.
Xatıraladaq ki, F.Qasımova Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1982), SSRİ xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatıdır (1984). Onun ifa etdiyi partiyalara Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mikaela ("Karmen", J.Bize), Marqarita ("Faust", Ş.Quno), Mimi, Çio-Çio-san ("Bohema", "Çio-Çio-san", C.Puççini), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Sevil ("Sevil", F.Əmirov) və s. Repertuarına Azərb. (Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi), rus (M.Qlinka, P.Çaykovski, S.Raxmaninov), Qərbi Avropa (A.Stradella, İ.S.Bax, G.F.Hendel və b.) bəstəkarlarının kamera-vokal əsərləri, eləcə də Azərb. xalq mahnıları ("Laçın", "Qubanın ağ alması", "Girdim yarın bağçasına", "Evləri var xana-xana" ve s.) daxildir. 1974 ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir. 1992-ci ildən İstanbul Dövlət Universitetinin Konservatoriyasının professorudur. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.
Vətəninfo.az
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər