Azərbaycan prezidenti İlham Əliyev Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinə Türk Mədəniyyəti və İrsi Fondunun strukturunu və işçilərinin say həddini bir ay müddətində müəyyən etmək, fondun fəaliyyətinin təşkili ilə bağlı bina, nəqliyyat və maddi-texniki təminat məsələlərini 2 ay müddətində həll etmək tapşırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Azərbaycan tərəfinin Türk Mədəniyyəti və İrsi Fondunda iştirakı üzrə hər maliyyə ili üçün məcburi pay ödənişinin məbləği barədə təklifini Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasına təqdim etməlidir, habelə fondun prezidenti vəzifəsinə namizədliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan dövlətlər tərəfindən təsdiq edilmiş Günay Elçin qızı Əfəndiyevanın həmin vəzifəyə təyin olunması ilə bağlı təklifi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasına təqdim etməlidir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?