Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Axşam yarımadanın bəzi yerlərində güclənəcək.
Havanın temperaturu gecə 19-23, gündüz 27-32 dərəcə isti olacaq.
İyunun 13-də də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək.
Şimal küləyi əsəcək, gecə yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 27-32 dərəcə isti olacaq. Ümumiyyətlə, yaxın 3 gün ərzində şimal küləyi əsəcək. Havanın temperaturu 27-32 dərəcə arasında dəyişəcək.
Azərbaycanın rayonlarında iyunun 12-də hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?