2 nəfər öldürüldü, 2-si yaralandı
Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. “Vətəninfo.az” APA-nın cənub bürosuna istinadən xəbər verir ki, hadisə ötən gün saat 17.00 radələrində rayonun Ocaqlı kəndində baş verib. Lənkəran rayonunun Liman şəhər sakini 1981-ci il təvəllüdlü Əsgərov İsmayıl Eynur oğlu Ocaqlı kənd sakini, 1955-ci il təvəllüdlü Xurşud Yadulla oğlu Həsənovun evinə gələrək bıçaqla ona və 3 oğluna - 1981-ci il təvəllüdlü Azərə, 1983-cü il təvəllüdlü Yafərə, 1989-cu il təvəllüdlü Afətə bıçaqla çoxsaylı xəsarətlər yetirib. X. Həsənov və kiçik oğlu Afət hadisə yerində dünyasını dəyişib. Azər və Yafər isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, onların qonşuluğuna yaşayan polis əməkdaşı qətl törədən şəxsi saxlayaraq istintaqa təhvil verib. Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. İlkin məlumatlara görə, hadisə şəxsi münaqişə zəminində baş verib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?