Bakıda dəhşətli qətl

Bakıda dəhşətli qətl

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasının qətlində təqsirli bilinən Natiq Hümbətovun məhkəməsi başlayıb.

Ötən ilin fevralın 17-də saat 19.00 radələrində paytaxtın Binəqədi rayon sakini 74 yaşlı Elmira İsmayılova yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə qəsdən öldürülüb və mənzilin mətbəxi yandırılıb.

Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 23 yaşlı Natiq Hümbətov müəyyən edilərək tutulub.

Natiq Hümbətov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluq ilə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) maddələri ilə ittiham edilir.

Cinayət işi üzrə ifadə verən Natiq Hümbətov cinayəti tamah məqsədi ilə törətdiyini deyib. O, daha sonra qeyd edib ki, Elmira İsmayılovanı qətlə yetirdikdən sonra cinayətin izlərini itirmək məqsədi ilə meyitin olduğu mətbəx otağını yandırıb. Onu da əlavə edək ki, Natiq Hümbətov qadını qətlə yetirəndən sonra evdən xeyli miqdarda qızıl və pul oğurlayıb.

Mərhum qadın Bakıda BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır. BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyi 2008-ci ildə fəaliyyətini dayandırıb.

Bu cinayət işi üzrə məhkəmə araşdırması keçirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az