2 YAŞLI AYLANIN KÖMƏYİNİZƏ EHTİYACI VAR -FOTOLAR
2 yaşlı Ayla Azayevaya "Kəskin Leykoz L2" (qan xərçəngi) diaqnozu qoyulub. Miq.az-a müraciət edən uşağın valideynləri, maddi köməyə çox ehtiyacları olduğunu bildiriblər.
27.04.2015 tarixindən Ayla, Belarusiyada Uşaq Onkologiya Hematologiya və İmmunialogiya Mərkəzində müalicə olunur. Valideynlər:"Biz dost-tanış, qohum - əqrəba və hətta tanımadığımız qəlbi şəfqətlə dolu insanların köməyi ilə övladımızı Belarusiyaya müalicəyə apara bildik. 10 ay ərzində çox gözəl nəticələr əldə etmişik. Hal-hazırda əsas müalicə bitib və bütün məbləğ xəstəxana hesabına köçürülüb.
Xəstəliyin müalicəsi üçün Almaniya istehsalı olan dərmanlara çox ehtiyac var. İndi uşağa xəstəliyin geri qayıtmaması üçün möhkəmləndirici kimiyalar və dərmanlar vurulur. Müalicə Allahın köməkliyi ilə 2017-ci ilin may ayında bitməlidir. Son iki ayda baş verən iqtisadi böhran isə xərcləri daha da artırıb. Müalicənin sonuna kimi ancaq dərmanlar üçün 18.000$ maddi vəsait tələb olunur. Bundan başqa xarici ölkədə qalmaq, nəqliyyat və digər xərclər və s. Ağır xəstəlik olduğundan hər dəqiqə uşaq üçün çox əhəmiyyətlidir. Aylanın hər kəsin köməyinə ehtiyacı var".
Mümkün yardımı aşağıdakı bank hesabına köçürmə yolu ilə və ya nağd formada təqdim edə bilərsiniz. Aylaya bu mübarizədə qalib gəlməyə dəstək olaq. Valideyni Fərhad Azayev ilə əlaqə nömrəsi 070 378 93 44 Online bank AZN hesabı ilə də 4127 2222 3913 3028 kömək edə bilərsiz.
Miq.az