Türkiyədə güclü zəlzələ
Türkiyənin Manisa vilayətinin Saruhanlı bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.
Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi məlumata görə, zəlzələnin episentri 9,29 kilometr dərinlikdə olan yeraltı təkanlar yerli vaxtla saat 10:21-də qeydə alınıb. Yeraltı təkanlar İzmir, Bursa və digər ətraf bölgələrdə də hiss edilib.
Əhali arasında böyük təşviş yaranıb. Dağıntı və xəsarətlər barədə hələlik məlumat yoxdur.
Miq.Az