Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Miq.Az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Mehdiyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Namiq Acalov təyin olunub. Qeyd edək ki, o, bu təyinatadək Binəqədi RPİ-nin 5-ci polis bölməsində çalışıb.

Xatırladaq ki, R.Mehdiyev bu vəzifəyə ötən ilin sentyabr ayında təyin edilmişdi.(unikal.org)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az