Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - Ölənlər var

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - Ölənlər var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 289 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Miq.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 350 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 667 nəfər müalicə olunaraq sağalıb, 5 056 nəfər vəfat edib. 10 882 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 625, bu günə qədər isə ümumilikdə 4 107 190 test icra olunub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az