Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

"Son sutka 377 nəfər koronavirusa yoluxub. Ölkədə bu günə qədər 600 mindən çox yoluxma sayı olub”.

Miq.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisinin sözlərinə görə, iki illik dönəmdə ən yüksək yoluxma 2020-ci ilin noyabr-dekabrda olub: "Bu son üç ayda yenə də noyabrda olub. 21 %-ə qədər olub. Yoluxma sayında hazırda ciddi azalma müşahidə olunur".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az