İlham Əliyev 3 fərman imzaladı

İlham Əliyev 3 fərman imzaladı
Prezident İlham Əliyev "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Miq.az xəbər verir ki, Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib.

***

Prezident İlham Əliyev ASAN Kommunal mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında” Fərmana dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti fiziki və hüquqi şəxslərə xidmət göstərilməsi sahəsində olan xidmətlərini ASAN Kommunal mərkəzlərində həyata keçirəcək.

***

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanında dəyişiklik edib.

Fərmana əsasən, "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” genişləndirilib.

"Azəristiliktəchizat” ASC-nin adı həmin siyahıya əlavə edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az