Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub.
Miq.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:37-də Şamaxı-Qobustan sərhədində 3,1 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.
Təbiət hadisəsi hiss olunmayıb.
Qeyd edək ki, oktyabrın 15-də yerli vaxtla saat 06:01-də Lənkəran stansiyasından 23 km qərbdə, Lerik rayonunda da 3,6 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az