3 ölkə ayağa qalxdı - Səbəb?

3 ölkə ayağa qalxdı - Səbəb?
Rəsmi Pekinin Cənubi Çin dənizində yaratdığı Spratli süni adalarına hərbi təyyarə yerləşdirməsi ABŞ, Filippin və Vyetnam tərəfindən ciddi narahatlıqla qarşılanıb.
 
Axar.az xəbər verir ki, Çin xəstə işçilərin təxliyəsi üçün hərbi təyyarənin adalara endirildiyini bildirsə də, rəsmi Vaşinqton bu məlumatı əsassız hesab edib.
 
ABŞ Müdafiə naziri Eşton Karter bunun adi bir hadisə olmadığını vurğulayıb.
 
O, Çinin süni adalara silah-sursat yerləşdirdiyini və uçuş zolağını hərbi məqsədlə istifadə etdiyini bildirib.
 
Qeyd edək ki, Çin, ABŞ, Vyetnam və Filippin arasında mübahisəli ərazi olan Cənubi Çin dənizində rəsmi Pekin 2014-cü ildə süni Spratli adaları yaratmağa başlayıb.
 
Çin əvvəllər adaların hərbi məqsədlər üçün istifadə etməyəcəyini dəfələrlə açıqlamışdı.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az