Ötən ay ərzində “Azərsu” ASC-nin 955 saylı “Qaynar Xətt”inə abunəçilər tərəfindən 343 müraciət daxil olub.
Qurumun mətbuat xidmətindən “vətəninfo.az” a daxil olan məlumata görə, zənglərin əksəriyyəti Bakı şəhərində yaşayan vətəndaşlar tərəfindən edilib. Müraciətlərin təqribən 58,3 faizi və ya 200-ü su xətlərindəki qəza ilə bağlı olub. Ötən ay “Azərsu” ASC-nin “Qaynar xətt”inə suyun verilməməsi ilə əlaqədar 93, kanalizasiya sistemindəki tutulmalarla bağlı isə 50 zəng olunub. Aprel ayında suyun tərkibi ilə bağlı abunəçilər tərəfindən müraciət daxil olmayıb. Müraciətlərin sayı mart ayı ilə müqayisədə 126 zəng və ya 26,8 faiz azalıb. Qeyd edək ki, bildirişlərin çatdırılması, sayğac problemləri və ödənişlərlə bağlı “Qaynar Xətt”ə edilən müraciətlər yerli Sukanal idarə və departamentlərinə yönləndirilir.
“Azərsu” ASC-nin “Qaynar xətt”inə edilən 343 müraciətin hamısı Səhmdar Cəmiyyətin müvafiq bölmələri tərəfindən araşdırılıb və problemlər öz həllini tapıb.
Mirvari Nəcəf
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?