44 günlük müharibə: “İsgəndər” raketinin “Barak-8”-lə vurulması görüntüləri - "LORA"lar hədəfə şığıyır - VİDEO

44 günlük müharibə: “İsgəndər” raketinin “Barak-8”-lə vurulması görüntüləri -

Sosial şəbəkələrdə, Azərbaycan hərbçilərinin telegram-qruplarından birində 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın atdığı "İsgəndər” raketinin ordumuzun silahlanmasında yer alan, İsrail istehsalı "Barak-8” zenit-raket kompleksi ilə vurulmasına aid olduğu bildirilən görüntülər yayılıb.

Virtualaz.org xəbər verir ki, bu görüntülərin yayılması Şuşa ətrafında "İsgəndər-M” raketinin qalıqlarının aşkar edilməsi məsələsinə görə Azərbaycanın Rusiya tərəfindən izahat istədiyi bir vaxta təsadüf edir.
 


Bir sıra Rusiya online-nəşrləri dərhal bu görüntüləri yayıblar və hərbi ekspertlər "İsgəndər” raketinin "Barak-8”lə vurulması faktı təsdiqlənərsə Rusiya silahlarının imicinin ciddi zədə alacağını deyiblər.
 
Bundan əvvəl Azərbaycandan yüksək rütbəli hərbi mənbə "Middle East Eye” nəşrinə bildirmişdi ki, müharibə zamanı Ermənistanın tətbiq etdiyi "İsgəndər” raketlərindən birini "Barak-8” zenit-raket kompleksi vurub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az