Vətəninfo.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Balaxanı qəsəbəsi, Yanar dağ küçəsi ev 19-da baş verib.
1968-ci il təvəllüdlü Rəsulova Maral Yəhya qızı özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən əlavə tikilinin döşəməsinin çökməsi nəticəsində əmələ gəlmiş diametri təxminən 3-4 metr, dərinliyi təxminən 3 metr olan quyuya düşüb.
Qadın aldığı xəsarət nəticəsində düşdüyü quyudan çıxa bilməyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar müvafiq alət və avadanlıqlardan istifadə edərək Maral Rəsulovanı dağıntılar arasından çıxarıb və hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil veriblər.
Aparılmış ilkin müayinə zamanı 47 yaşlı qadının bel nahiyəsindən xəsarət aldığı müəyyən olunub.
Xilasedicilər hadisə yerinə təkrar baxış keçirərək təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?