23 ildir Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsində işləyən bu şəxs sözün həqiqi mənasında oliqarx məmura çevrilib.
İdarə
müdiri dövlət büdcəsindən oğurladığı yüz min manatlar sayəsində
Beyləqanda, Bakıda mülklərə sahibdir. Məlumatı göndərən şəxs bildirir
ki, Ə.Məmmədquliyev əldə etdiyi obyektləri oğlu Bəylər Məmmədquliyevin
adına rəsmləşdirib.
Azərbaycanda məmurlarımızın
dövlət büdcəsi hesabına var - dövlət əldə etmələri artıq adi hala
çevrilib. Vətəndaş yaxşı bilir ki, heç bir məmur dövlətdən aldığı əmək
haqqı hesabına bu qədər cah cəlal, var dövlət mal-mülk əldə edə bilməz.
Çünki söhbət yüz minlər yox milyonlardan gedir.
Bu
gün ölkənin bütün rayonlarındakı büdcə təşkilatlarına rəhbərlik edən
şəxslərin göz qamaşdırcı həyatları, lüks avtomobilləri, dəbdəbəli
imarətləri var. Yerli idarə müdirləri il böyü büdcə pullarını oğurlmaqla
özlərinə əməlli başlı lüks həyat qurublar. Ancaq son aylar Dövlət
başçısı İlham Əliyevin məmurların korrupsiyaya bulaşması və məhz büdcə
vəsaitlərinin hesabına özlərinə dəbdəbəli həyat qurmalarnın dilə
gətirməsi onu göstərir ki, prezident artıq harınlamış məmurlara qarşı
tədbirlər görmək niyyətindədir. Çünki ölkənin bu günki reallığı kiçik
məmurla sadə vətəndaşın arasında çox böyük bir uçurumun olduğunu
göstərir.Bu isə gələcəkdə soial partlayışa, vətəndaşların narazılığına
gətirib çıxardan amillərdən biridir.
Dövlət
başçısının bir ay öncə paytaxtın Dostluq parkında məmurlara məxsus
qiyməti milyon manatlarla ölçülən qanunsuz tikilən 43 villanı sökdürməsi
isə o anlama gəlir ki, artıq ölkə prezidenti harınlamış məmur tayfasına
qarşı bir savaş açıb.
Məmurların dəbdəbəli
vilalları, maşınlarının coğrafiyası isə təkcə paytaxt Bakı ilə
yekunlaşmır. Rayonlardakı kiçik idarə müdirlərinin imarətləri bahalı
avtomobilləri heç də paytaxtdakından geri qalmır. Buna misal olaraq
Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin müdiri Ələmşah
Məmmədquliyevi göstərmək olar.
Savash.org-un
elektron poçtuna göndərilən məlumatda qeyd olunur ki, 23 ildir Suvarma
Sistemləri İdarəsinin müdiri vəzifəsində işləyən bu şəxs sözün həqiqi
mənasında oliqarx məmura çevrilib. Bu gün Beyləqanda ən böyük ticarət
obyekti məhz Ə.Məmmədquliyevə məxsusdur. İdarə müdiri dövlət büdcəsindən
oğurladığı yüz min manatlar sayəsində Beyləqanda, Bakıda mülklərə
sahibdir. Məlumatı göndərən şəxs bildirir ki, Ə.Məmmədquliyev əldə
etdiyi obyektləri oğlu Bəylər Məmmədquliyevin adına rəsmləşdirib.Həttta
idarə müdiri rayonda elə bir rəy formalaşdırmağa çalışır ki, guya
oğlunun adına olan mal-mülk, obyektlər onun öz zəhməti hesabına əldə
olunub. Amma Beyləqanda hər kəs uşaqdan böyüyə kimi hamı yaxşı bilir ki,
Bəylər Məmmədquliyev atasının köməyi olmasa 50 il işləsə belə heç nə
qazana bilməz.
Amma bu gün Bəylər
Məmmədquliyevin adına olan kiçik müəsissənin fəaliyyəti və əldə etdiyi
qazancın 99 faizi atası Ələmşah Məmmədquliyevin hesabınadır. İdarə
müdiri oğlunun rəhbərlik etdiyi kiçik müəsissəyə kanalların çəkilməsi,
təmizlənməsi və tikinti işləri tenderlərini verir. Bu tenderlər əsasən
Beyləqan Suvarma Sistemləri İdarəsi və Meliorasiya İdarəsi hesabına
udulur. Meliorasiya idarəsinin müdiri Nadir Əliyev Ə.Məmmədquliyevin ən
yaxın adamıdır. Çünki Nadir Əliyevi bu vəzifəyə Ə.Məmmədquliyev gətirib.
Bu gün Melorasiya idarəsi drenlərin təmzilənməsi işləri üçün bütün
müqavilələri Bəylər Məmmədquliyevin şirkəti ilə bağlayır. Ata
Məmmədquliyev oğlunun şirkətinə bir neçə ekskvator, yük avtomobili və
digər texnikalar alıb. Alınan texnikaların sayəsində B.Məmmədquliyevin
şirkəti melirotaiv işlərlə məşğuldur. Amma görülən işlərin əksəriyyəti
yenə də kağız üzərində qurulur. Çünki Nadir Əliyev ata Məmmdəquliyevin
sözündən çıxa bilməz. Və həyata keçirilən işlərdən əldə edilən qazanc
bölünür. Mənbə qeyd edir ki, Ələmşah Məmmədquliyev dövlət idarəsinin
hesabına əldə etdiyi qazanclar sayəsində oğluna dəyəri 50 min manat olan
xarici avtomobil, oğlunun adına Bakıda ev, həmçinin yeznəsinə ev,
obyekt hədiyyə edib.
Bundan başqa RTS
qəsbəsindəki avtomobillərin təmiri və restoran - çayxana tipli obyekti
də var. Təkcə bu obyektin tikilməsi üçün idarə müdiri 200 min manatdan
çox xərc çəkib. Ancaq ən maraqlı məqam Beyləqan şəhərində Mərkəzi
Xəstəxananın yaxınlığında Ələmşah Məmmədquliyevin qiyməti yüz min
manatlarla ölçülən dəbədbəli imarət tikməsidir.
Məlumatda
deyilir ki, Beyləqanda heç bir məmur bu cür bahalı bir ev tikməyib.
Amma Ələmşah Məmmədquliyev dövlətdən qazandığı pullara heç də simiclik
etmir. Əldə etdiyi vəsaitləri oğlu Bəylərin əli ilə çox səxavətlə
xərcləyir. Rayonda tikilən imarəti Bəylərin tikdirdiyini deyən idarə
müdiri əslində özündən başqa heç kəsi aldatmır, hətta özü belə dediyinə
inanmır.
İdarə müdirinin tikdirdiyi imarətdə
hazırda təmir işlərinin getdiyi bildirilir. Bu imarətə indiyə qədər 400
min manat xərc çəkildiyi deyilir. Bundan sonra isə ən azı 250-300 min
xərcə ehtiyyac var. Yəni, bu o deməkdir ki, kiçik bir məmur özü üçün
tikdirdiyi villaya 100 müəllimin 50 illik əmək haqqısını xərcləyib.
Aylıq əmək haqqı 625 manat olan Ələmşah Məmmədquliyevin 700 min manatlıq
bir ev tikdirməsi isə hər şeyə aydınlıq gətirir. Gərək 67 yaşlı bu
məmur 120 il yeməyə, işməyə, yalnız işləyə ki, belə bir imarət tikdirə
bilsin.
Ələmşah Məmmədquliyevin tikdirdiyi imarətin fotolarını oxucularımzı təqdim edirik.
Həmçinin
bildiririk ki, idarə müdirinin RTS qəsəbəsindəki obyektinin fotolarını,
paytaxtın hansı rayonunda oğluna və yeznəsinə neçə mənzil alması və
Suvarma Sistemlərindəki su pulu və digər maliyyə maxinasiyaları ilə
bağlı oxucularımza ətraflı məlumat verəcəyik.



Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ