“8 il əvvəl bura heç kim gəlməzdi”

“8 il əvvəl bura heç kim gəlməzdi”
Fransa Prezidenti Emmanuel Makron İrəvanın Avropaya inteqrasiya seçimi sayəsində ölkənin artıq Rusiyanın de-fakto peyki kimi qəbul edilmədiyini bildirib.

"Qafqazinfo” "News.am” portalına istinadən xəbər verir ki, Fransa lideri bu fikirləri İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti zamanı səsləndirib.

Makron qeyd edib ki, cəmi 8 il əvvəl Ermənistan beynəlxalq aləmdə Rusiyadan tam asılı dövlət kimi tanındığı üçün belə sammitlərin İrəvanda keçirilməsi qeyri-mümkün idi:

"Gəlin dürüst olaq, 8 il əvvəl bura heç kim gəlməzdi. 8 il əvvəl bu ölkəyə Rusiyanın de-fakto peyki kimi baxırdılar”.

Makronun sözlərinə görə, 2018-ci il "məxməri inqilab”ından sonra Paşinyan ölkənin inkişafı üçün əsas istiqamət kimi Avropanı seçərək strateji bir dönüş edib.

Xatırladaq ki, Ermənistanın 2018-ci ildə parlamentli idarəetmə üsuluna keçməsi və Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra İrəvan-Moskva münasibətlərində soyuqluq sezilməkdədir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az