Ağalar Vəliyevin şirkəti avtomobilləri bu hala saldı — FOTOLAR

Ağalar Vəliyevin şirkəti avtomobilləri bu hala saldı — FOTOLAR

Kristal Abşeron MTK-nın Sumqayıt şəhəri 9-cu mikrorayon Sərvər Bədəlbəyli küçəsində apardığı tikinti işləri həyətlərdəki avtomobilləri bərbad hala salıb.

Miq.Az xəbər verir ki, sakin Fəxrəddin Məmmədov bildirib ki, 59 və 60 binaların həyətində olan maşınlar betonla çirkləniblər. Belə ki,  Kristal Abşeron MTK-nın işçiləri həftənin cümə günü küləkli havaya məhəl qoymadan 16-cı mərtəbədə betonlama işi aparıblar:

"Həmçinin pəncərələr də tamamilə beton olub. Biz nə qədər narazılığımızı bildirsək ki, onlar buna əhəmiyyət vermirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirlik 3 gün əvvəldən havanın küləkli olub-olmayacağı ilə bağlı xəbərdarlıq edir. Onlar buna diqqət yetirmədən öz bildiklərini edirlər. "Burada mənəm, Bağdadda kor xəlifə”,- deyirlər. Bu da azmış kimi öz şəxsi imkanlarından istifadə edərək Sumqayıt şəhər Dövlət Yol Polis İdarəsinə zəng edib bildirirlər ki, vətəndaşlar maşını həyətdə saxlayıblar və bizim işimizə mane olurlar.  Biz bu şəxslərdən şikayətçiyik”.


Qeyd edək ki, Kristal Abşeron MTK deputat Ağalar Vəliyevə məxsusdur.(yenisabah.az)
 
 
 
 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az