“Leyli və Məcnun” operası ABŞ-da ilk dəfə ifa edilmişdir
Noyabrın 10-da dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ˝Leyli və Məcnun˝ muğam operası Kaliforniyanın San Fransisko şəhərində ifa edilmişdir. Opera San Fransisko Dünya Musiqisi Festivalı (San Francisco World Music Festival) çərçivəsində səhnələşdirilmişdir. Bu, ˝Leyli və Məcnun˝ operasının ABŞ-da ilk nümayişidir.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulu Nəsimi Ağayev tədbiri giriş sözü ilə açaraq, ˝Leyli və Məcnun˝ operası barədə məlumat vermiş, onun müsəlman dünyasında ilk opera olduğunu və indiyə kimi sevilə-sevilə ifa edildiyini qeyd etmişdir. Sonra diplomat Azərbaycanın xalq artisti, məşhur pianoçu, hazırda San Fransiskoda yaşayan Çingiz Sadıqova San Fransisko Dünya Musiqisi Festivalının xüsusi fəxrnaməsini təqdim etmişdir. Fəxrnamə Ç.Sadıqova Azərbaycan musiqi və mədəniyyətinin ABŞ-da və bütün dünyada təbliği sahəsində gördüyü işlərə görə verilmişdir.
Sonra opera tamaşası başlamışdır. Gənc xanəndələr Vüsalə Musayeva və İlkin Əhmədov Leyli və Məcnun rollarını ifa etmişlər. Mahir instrumental ifaçılar İmamyar Həsənov (kamança) və Rüfət Həsənov (tar), eləcə də Çin, Hindistan, Cənubi Koreya və ABŞ musiqiçilərindən ibarət orkestr xanəndələrimizi müşayiət etmişdir.
Opera tamaşaçıların gurultulu və ayaqüstü alqışları ilə qarşılanmışdır. Tamaşada 500-dək tamaşaçı iştirak etmişdir.
Tamaşadan video-görüntülərlə bu linklərdə tanış olmaq olar:
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.